Ər-arvad mübahisəsinə qarışan qadın dünyasını dəyişib
17.06.2026 01:08
715
Kriminal
A
Ər-arvad mübahisəsinə qarışan qadın dünyasını dəyişib

Kaxetidə ər-arvad arasında başlayan qarşıdurmanın qurbanı onların qonşu qadını olub.

Aktual.ge xəbər verir ki, məlumatı “Kaxetidən Baş Xəbərlər” nəşri yayıb.

Nəşrin məlumatına görə, hadisə dünən Siğnaği bələdiyyəsinin Tsnori kəndində baş verib.

Yerli sakinlərin bildirdiyinə görə, kişi həyat yoldaşı ilə münaqişə zamanı ona fiziki zorakılıq göstərib. Bu zaman zərərçəkən qadın kömək istəyib. Qarşıdurmaya müdaxilə etməyə qonşu qadın cəhd edib, bundan sonra onun halı pisləşib və o, hadisə yerində vəfat edib.

Daxili İşlər Nazirliyinin nəşrə verdiyi məlumata görə, vəfat edən qadının bədənində fiziki xəsarət izləri aşkarlanmayıb və ehtimal olunur ki, o, güclü əsəb gərginliyi nəticəsində həyatını itirib. Qurum hadisə ilə bağlı Cinayət Məcəlləsinin ailədaxili zorakılığı nəzərdə tutan 126¹-ci maddəsi üzrə istintaqa başlayıb. Kişi həyat yoldaşına qarşı zorakılıq tətbiq etdiyi üçün polis tərəfindən saxlanılıb.

ŞƏRH YAZ
5