Marneulidə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Dursun Həsənovun xatirəsinə ehsan verilib - VİDEO
18.06.2026 22:04
58
Mədəniyyət
A
Marneulidə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Dursun Həsənovun xatirəsinə ehsan verilib - VİDEO

Marneulidə Azərbaycanın Gürcüstandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun xatirəsinə ehsan süfrəsi açılıb.

Mərasimdə mərhum diplomatın qardaşı, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş direktoru Mahir Məmmədov, parlament üzvləri Savalan Mirzəyev və Zaur Darğallı, Marneuli meri Daur İsmayılov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze və yerli deputatlar, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov, eləcə də diplomatlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Anım mərasimi Marneuli Mərkəzi Hz. İmam Əli Məscidinin axundu, imamcümə Hacı Hacıyevin Qurani-Kərimdən ayələr tilavət etməsi ilə başlayıb.

Çıxış edən din xadimi Dursun Həsənovun Gürcüstana və doğma yurdu Marneuliyə bağlılığından danışıb və ruhuna dualar edib.

Mərasimin sonunda iştirakçılar Ramiz Həsənova başsağlığı veriblər.

Daha ətraflı video xəbəri təqdim edirik:

ŞƏRH YAZ
0