Daxili İşlər Nazirliyinin (DİN) Kaxeti Polis Departamentinin əməkdaşları ailə üzvlərinə qarşı odlu silahla hədə-qorxu gəlmək, habelə odlu silah, döyüş sursatı və partlayıcı qurğunu qanunsuz əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə 1 nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, məlumatı DİN yayıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində valideynlərini öldürməklə hədələyib, odlu silahdan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Polis keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi isti izlərlə saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərinə və yaşadığı evə baxış keçirərkən müxtəlif növ odlu silahlar, patronlar və partlayıcı qurğu aşkar edərək götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 11 prima 151-ci və 236-cı maddələri ilə davam edir. Bu isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - məlumatda deyilir.