Marneulidə atasını qətlə yetirən şəxs sərhəddə saxlanılıb - VİDEO
18.07.2026 19:30
457
Kriminal
A
Marneulidə atasını qətlə yetirən şəxs sərhəddə saxlanılıb - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları ailə üzvünü ağırlaşdırıcı hallarda qəsdən öldürməkdə şübhəli bilinən bir nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, istintaqın məlumatına görə, şübhəli şəxs məişət zəminində baş verən mübahisə zamanı atasına soyuq silahla ölümcül xəsarətlər yetirib. Hadisədən sonra o, hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini cinayətdən bir neçə saat sonra Sarpi sərhəd-keçid məntəqəsində, ölkəni tərk etməyə cəhd göstərdiyi zaman saxlayıblar.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 11¹, 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0