Marneulinin 8 vətəndaşın fərdi torpaq sahəsi məcburi müsadirə ediləcək
28.11.2024 17:18
1774
Siyasət
A
Marneulinin 8 vətəndaşın fərdi torpaq sahəsi məcburi müsadirə ediləcək

Rustavi-Sadaxlı avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq, Marneulidə 8 vətəndaşın fərdi torpaq sahələri məcburi olaraq müsadirə ediləcək. İqtisadiyyat Nazirliyinin verdiyi sərəncama əsasən, bu yol hissəsinin tikintisi məqsədilə Marneuli ərazisindəki 8 vətəndaşın ümumilikdə 26,260 kvadratmetr torpaq sahəsi və üzərindəki çoxillik bitkilər müsadir olunacaq.

Aktualge xəbər verir ki, sənədə görə, Marneuli bələdiyyəsinin Yağlıca otlaq sahəsində yerləşən ümumi 1 milyon 542 min 90 kvadratmetr ərazinin 98 min 252 kvadratmetri layihənin icrası üçün istifadə ediləcək. Bu addım, layihənin icrası üçün zəruri olan torpaq sahələrinin təyinatını əks etdirir. Daha dəqiq desək, Marneuli bələdiyyəsinin Yağlıca otlaq sahəsində yerləşən 1 milyon 542 min 90 kvadratmetr ərazinin 98 min 252 kvadratmetri layihəyə düşüb.

Bundan əlavə, Marneuli bələdiyyəsinin Keşəli kəndində 12500 kv.m kənd təsərrüfatına yararlı torpaq sahəsinin 3120 kv.m torpaq sahəsi, həmçinin Marneuli bələdiyyəsinin Ambarovka kənd sakininə məxsus 6600 kv.m torpaq sahəsindən 584 kv.m torpaq sahəsi, Marneuli Bələdiyyəsinin Axlılələ kəndində kənd təsərrüfatı təyinatlı 76 000 kv.m torpaq sahəsinin 22 204 kv.m hissəsi, Marneuli bələdiyyəsinin Şulaver kəndində yerləşən 2 480 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 865 kv.m hissəsi, Marneuli bələdiyyəsinin Dəmyə-Gorarxı kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1110 kv.m hissəsi, Marneuli bələdiyyəsinin Araflı kəndi ərazisində 8094 kv.m kənd təsərrüfatı təyinatlı 2081 kv.m torpaq sahəsinin bir hissəsi, Marneuli bələdiyyəsi Şulaver kəndində 1250 kv.m torpaq sahəsi müəyən edilmiş ödənişlə məcburi müsadirə ediləcək.

Qeyd olunur ki, sözügedən vətəndaşlar 1 ay müddətində Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər üzrə Kollegiyasına şikayət verə bilər.

ŞƏRH YAZ
10