DİQQƏT! “SOCAR Georgia Gas” Qızılhacılı sakinlərinə MÜRACİƏT EDİR
04.08.2026 12:28
867
Maraqlı
A
DİQQƏT! “SOCAR Georgia Gas” Qızılhacılı sakinlərinə MÜRACİƏT EDİR

Marneuli bələdiyyəsinin Qızılhacılı sakinləri üçün “SOCAR Georgia Gas”ın abonenti kimi qeydiyyatdan keçmək üçün son tarix sabah – 5 avqustdur.

Bununla bağlı “SOCAR Georgia Gas” Qızılhacılıdaki abonentlərə müraciət edir: 

"Qeydiyyatdan keçmək üçün Marneuli şəhəri, Yağluca küçəsi 23 ünvanında yerləşən xidmət mərkəzinə müraciət etməlisiniz.

Bunun üçün şəxsiyyəti təsdiq edən sənədi, ünvanı, telefon nömrəsini və sayğacın fotosunu təqdim etməlisiniz.

Məlumatları həmçinin şirkətin rəsmi elektron poçt ünvanına – [email protected], eləcə də 'WhatsApp' və 'Viber' vasitəsilə 577 33 03 46 nömrəsinə göndərə bilərsiniz.

Əlavə suallarınız yaranarsa, 16114 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.

Nəzərə alın! Abonent kimi qeydiyyatdan keçmədiyiniz halda 'SOCAR Georgia Gas' sizə xidmət göstərə bilməyəcək və qaz təchizatınız dayandırılacaq" , - “SOCAR Georgia Gas”dan bildirilib.

 

ŞƏRH YAZ
4