Gürcüstanın xarici borcu artıb
Bugün
40
İqtisadiyyat
A
Gürcüstanın xarici borcu artıb

2026-cı ilin iyul ayına olan məlumata görə, Gürcüstanın dövlət xarici borcu 9,016 milyard ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ayın göstəricisi ilə müqayisədə 27,2 milyon dollar çoxdur.

Aktual.ge xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2026-cı ilin iyun ayına olan vəziyyətə görə dövlət borcunun həcmi 8,989 milyard dollar təşkil edib.

Bununla yanaşı, Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin iyul ayına olan vəziyyətə görə birbaşa hökumətin xarici borcu 8,752 milyard dollar olub. Bunun 6,730 milyard dollardan çoxu çoxtərəfli kreditorların, 1,527 milyard dolları isə ikitərəfli kreditorların payına düşür.

Qeyd edək ki, hesabat dövründə Gürcüstan Milli Bankının xarici öhdəliyi 263,819 milyon dollar təşkil edib.

2026-cı ilin iyul ayına olan məlumatlara görə, Gürcüstan dövlətinin ən iri kreditorları Asiya İnkişaf Bankı (ADB), Dünya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Avropa İnvestisiya Bankıdır (EIB).

2026-cı ilin iyul ayına olan vəziyyətə görə əsas kreditorlar belədir:

  • - Asiya İnkişaf Bankı (ADB) – 2,469 milyard ABŞ dolları;
  • - Dünya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) – 1,896 milyard dollar;
  • - Avropa İnvestisiya Bankı (EIB) – 1,185 milyard dollar;
  • - Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) – 353,028 milyon dollar;
  • - Asiya İnfrastruktur İnvestisiya Bankı – 240,189 milyon ABŞ dolları;
  • - Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) – 217,398 milyon dollar.

Bununla yanaşı, Gürcüstan hökumətinin Fransaya 845,088 milyon dollar, Almaniyaya 559,493 milyon dollar, Yaponiyaya isə 103,901 milyon dollar və digər ölkələrə borcu var.

ŞƏRH YAZ
1