“Gürcüstanın 2008-ci ildə düşüncəsiz və xain hakimiyyəti var idi. Məhz buna görə də baş verənlər baş verdi”.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Müdafiə naziri İrakli Çikovani jurnalistlərin əvvəlki hakimiyyətin və müvafiq olaraq Gürcüstanın avqust müharibəsinə başlayıb-başlamaması ilə bağlı sualını belə cavablandırıb.
Onun sözlərinə görə, əsgərlər hər zaman öz qarşılarına qoyulan vəzifələri müdafiə etməyə hazır olublar, hazırdırlar və bundan sonra da hazır olacaqlar və hər dəfə öz vəzifələrini yerinə yetirəcəklər.
“Şindisi döyüşündən 18 il ötüb. Bu igidlərin, gürcü əsgərlərinin döyüşündən, onların qəhrəmanlığından 18 il keçir və bu, gürcü əsgərinin qəhrəmanlığının, eləcə də gürcü ordusunun öz vətəninə münasibətdə göstərdiyi fədakarlığın daha bir təzahürüdür.
Gürcüstanın 2008-ci ildə düşüncəsiz və xain hakimiyyəti var idi. Məhz buna görə də baş verənlər baş verdi. Bu igidlərə, bizim əsgərlərimizə gəlincə, onlar hər zaman öz vəzifələrini yerinə yetirməyə hazır olublar, hazırdırlar və bundan sonra da hazır olacaqlar və hər dəfə öz borclarını yerinə yetirəcəklər.
Təəssüf ki, Gürcüstanın xain hakimiyyəti olub və Gürcüstanın nə etdiklərini anlamayan, bu məsələdə düşüncəsiz davranan insanları olub.
Bizim hakimiyyətimiz bütün məhkəmələrdə əsgərlərimizin haqlı olduğunu və dövlətimizin haqlı olduğunu sübut etmək üçün hər şeyi edib”, - deyə İrakli Çikovani qeyd edib.