Marneuli bələdiyyəsinin Qızılhacılı kəndinin sakinlərinin və kommersiya obyektlərinin nəzərinə!
17 avqustdan etibarən keçmiş lisenziyası olan “Mamed” MMC-nin abonentlərindən “SOCAR Georgia Gas”ın abonenti kimi qeydiyyatdan keçməyənlərin qaz təchizatı dayandırılacaq.
Qeydiyyatdan keçmək üçün Marneuli Xidmət Mərkəzində - Marneuli şəhəri, Yağluca küçəsi 23 ünvanında və ya kənd inzibati binasında keçmək mümkündür.
Aşağıdakı məlumatları təqdim etməlisiniz:
- Şəxsiyyət vəsiqəsi;
- Ünvan;
- Telefon nömrəsi;
- Qaz sayğacının fotosu.
Məlumatları həmçinin aşağıdakı vasitələrlə göndərə bilərsiniz:
Şirkətin rəsmi elektron poçt ünvanı: [email protected]
"WhatsApp" və "Viber" vasitəsilə: 577 33 03 46
Əlavə suallarınız yaranarsa, 16114 qaynar xətti ilə əlaqə saxlayın.