Kateqoriyalar
Kobuletinin Leğva kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində gənc oğlan hadisə yerində dünyasını dəyişib.
Aktual.ge xəbər verir ki, hadisə bu gün, günün birinci yarısında baş verib.
Müvafiq xidmətlərin nümayəndələri hadisə yerinə cəlb olunub.
Yerli sakinlərin məlumatına görə, avtomobil yolun hərəkət hissəsində sürüşərək yamaca çırpılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı istintaq nəqliyyat vasitəsinin hərəkəti və ya istismarı təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır.