Agentlik Gürcüstanda hava şəraiti ilə bağlı xəbərdarlıq yayır
29.08.2026 16:47
730
Maraqlı
A
Agentlik Gürcüstanda hava şəraiti ilə bağlı xəbərdarlıq yayır

29–31 avqust tarixlərində Gürcüstanın əksər ərazilərində yenidən fasilələrlə yağış yağacağı, bəzi rayonlarda isə yağıntının güclü intensivlikdə olacağı gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Rəsmi proqnoza əsasən, 31 avqustadək şimşək çaxacağı, dolu yağması və küləyin güclənməsi mümkündür.

Agentlik xəbərdarlıq edib ki, gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər.

Bildirilib ki, gözlənilən hava şəraiti ilə bağlı təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

ŞƏRH YAZ
0