Kateqoriyalar
Batuminin İnasaridze küçəsindəki binalardan birinin 8-ci mərtəbəsindən 2 yaşlı uşaq yıxılıb.
Aktual.ge IPN-a istinadən xəbər verir ki, uşaq hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, azyaşlı xarici ölkə vətəndaşı olub.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə aparılır. Həmin maddə ehtiyatsızlıqdan insan ölümünə səbəb olmanı nəzərdə tutur.