Göyərtəsində 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib
13.09.2026 11:29
840
Dünya
A
Göyərtəsində 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib

İndoneziya sahillərində göyərtəsində ən azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib.

Aktual.ge-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin axtarış-xilasetmə xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmi Surabaya şəhərindən Banjarmasin şəhərinə doğru hərəkət edirmiş.

Bərədən ən azı 103 sərnişin təxliyə edilib. Hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.

ŞƏRH YAZ
3