Müxalifətdən iddia: Hökumətdə dəyişikliklər planlaşdırılır
13.09.2026 15:01
361
Siyasət
A
Müxalifətdən iddia: Hökumətdə dəyişikliklər planlaşdırılır

Mamuka Mdinaradze daxili nəzarət altında saxlanılır, onu 'Gürcü Arzusu'nun ümumi kölgə və korrupsiya kassasından pul çıxarmaqda və həmin pulu kriptovalyutaya çevirməkdə ittiham edirlər. Buna görə də onun hər bir addımına, telefon danışığına və fəaliyyətinə Bidzina İvanişvilinin tapşırığı ilə Anzor Çubinidze nəzarət edir.

Aktual.ge xəbər verir ki, bu sözləri müxalif "Vahid Milli Hərəkat“ın liderlərindən biri Laşa Parulava sosial şəbəkədə yazıb.

O iddia edib ki, gələn həftə hökumətdə dəyişikliklər və həbslər planlaşdırılır.

" 'Gürcü Arzusu'nun kağız üzərindəki generalının dostlarını - Gəlirlər Xidmətinin və Maliyyə Polisinin rəhbərləri Mixeil Mağlakelidze və Levan Xarabadzeni vəzifədən uzaqlaşdırdılar.

Artıq vəzifədən qovulmuş Vano Zardiaşvilinin yolunu onun da qarşısında açdılar. O, SEMEK-də David Narmaniyanın kabinetinə keçməyə hazırlaşırdı, lakin Mamuka oliqarxın qapısında büdrədi və bütün komandasını da özü ilə apardı.

Həmçinin son günlərdəki uğursuzluqları ört-basdır etmək üçün gələn həftə hökumətdə dəyişikliklər və həbslər planlaşdırılır" , - söyləyib Laşa Parualava.

ŞƏRH YAZ
0