Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə müxtəlif vaxtlarda 5 nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində aparılan axtarışlar zamanı maddi sübut qismində 2 avtomat, 5 tapança, daraqlar və onlarla döyüş patronu götürülüb.
Cinayət 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti, İmereti, Şida Kartli, Raça-Leçxumi və Kvemo Svaneti polis departamentlərinin əməkdaşları odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə müxtəlif vaxtlarda 5 nəfəri saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində aparılan axtarışlar zamanı müxtəlif növ odlu silahlar və döyüş sursatı, o cümlədən 2 avtomat, 5 tapança, daraqlar və onlarla döyüş patronu maddi sübut qismində götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 6-cı hissələri ilə aparılır. Bu maddələr 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - qeyd olunub.