02.10.2026 10:50
233
Siyasət
A
"Gürcü Arzusu": "Avropa Komissiyasının araşdırmasına görə, hökumətə etimad reytinqində Gürcüstan Avropanın ən yaxşı beşliyindədir"

Dünya Bankı Qlobal İdarəetmə İndikatorları çərçivəsində Avropa Komissiyasının araşdırmasının nəticələrini yayıb. Araşdırmaya əsasən, hökumətə etimad reytinqinə görə Gürcüstan Avropanın ən yaxşı beşliyi sırasındadır.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı "Gürcü Arzusu“ partiyası yayıb.

Partiyanın məlumatına görə, "EuroMonitor" layihəsi çərçivəsində Avropanın 40-a yaxın ölkəsində keçirilən genişmiqyaslı ictimai rəy sorğusunun nəticələri əsasında etimad reytinqi indeksləri hazırlanıb.

"100%-lik qiymətləndirmə sistemi üzrə Gürcüstan hökuməti 54,1% nəticə ilə yeni tarixi maksimuma çatıb və Avropanın ən yaxşı beşliyi sırasına yüksəlib.

Qeyd etmək lazımdır ki, əvvəlki, yəni 2024-cü il üzrə qiymətləndirmədə Gürcüstan hökumətə etimad reytinqinə görə Avropada 8-ci yerdə idi. 2025-ci ildə Avropanın ən yaxşı beşliyi isə belə sıralanıb: Lüksemburq, Danimarka, Monteneqro, Avstriya və Gürcüstan.

Hökumətə etimad reytinqinə görə Avropada sonuncu sıralarda Niderland, Bosniya və Herseqovina, Fransa, Yunanıstan və Sloveniya yer alıb.

'Eurobarometr' Avropa Komissiyası, Avropa Parlamenti, eləcə də Avropa İttifaqının digər institut və agentliklərinin Avropada ictimai rəyi mütəmadi olaraq izləmək üçün istifadə etdiyi sorğu vasitəsidir. Burada həm Avropa İttifaqı ilə bağlı məsələlər, həm də siyasi və sosial mövzular üzrə mövcud ictimai münasibətlər araşdırılır. 'Eurobarometr' ictimai rəy üzrə ekspertlər, tədqiqatçılar, media və geniş ictimaiyyət üçün keyfiyyətli və aktual məlumatlar təqdim edir.

'Eurobarometr' layihəsinə 1974-cü ildə Avropa Komissiyası çərçivəsində Jak-Rene Rabye – Jan Monenin keçmiş əməkdaşı və informasiya məsələləri üzrə baş direktor – tərəfindən başlanılıb. Əvvəlcə layihə 'avropalılara özlərini göstərmək' vasitəsi kimi nəzərdə tutulmuşdu. Həmin vaxtdan etibarən layihə, o cümlədən müxtəlif sorğu vasitələrinin tətbiqi yolu ilə əhəmiyyətli dərəcədə inkişaf edib və genişlənib. 2007-ci ildə Avropa Parlamenti 'Eurobarometr' sorğularının öz müntəzəm seriyasını keçirməyə başlayıb. Bu sorğularda, o cümlədən Avropa Parlamenti üçün əhəmiyyətli olan, məsələn, Avropa seçkiləri kimi mövzulara diqqət yetirilib. Bu gün Avropa Komissiyası və Avropa Parlamenti ilə yanaşı, Avropa İttifaqının bir sıra digər institut və agentlikləri də 'Eurobarometr' sorğularından istifadə edir.

Uzun müddət ərzində ardıcıl şəkildə işıqlandırılan mövzuların müxtəlifliyi, nəşrlərin müntəzəmliyi və geniş coğrafi əhatə dairəsi 'Eurobarometr'i Avropa İttifaqında bilik və məlumatların unikal mənbəyinə çevirir" , - məlumatda deyilir.

ŞƏRH YAZ
2