Gömrükdə dərman preparatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb
02.10.2026 12:51
79
Siyasət
A
Gömrükdə dərman preparatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birgə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçiriblər.

Aktual.ge xəbər verir ki, nəticədə gömrük sərhədindən xüsusilə külli miqdarda malın keçirilməsi qaydalarının pozulması faktı üzrə bir nəfər saxlanılıb.

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Ermənistan vətəndaşı Gürcüstanın gömrük sərhədindən müxtəlif adda dərman preparatlarını qanunsuz keçirməyə cəhd edib. Dərman preparatlarının gömrük dəyəri 44 892 lari təşkil edib.

Məlumata görə, şəxs „Sadaxlı“ gömrük-keçid məntəqəsindən keçərkən dərmanları idarə etdiyi minik avtomobilinin baqaj hissəsində yerləşən qaz balonunun içərisində, xüsusi hazırlanmış gizli saxlanc yerində yerləşdirərək gömrük nəzarətindən gizli şəkildə Gürcüstana keçirməyə çalışıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.

Qeyd olunan maddə 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
1