Marneulidə 13 yaşlı qız əkiz dünyaya gətirdi | İLK TƏFƏRRÜATLAR - VİDEO
02.10.2026 23:38
59
Hadisə
A
Marneulidə 13 yaşlı qız əkiz dünyaya gətirdi | İLK TƏFƏRRÜATLAR - VİDEO

Marneulinin "Geo Hospitals" doğum evində 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib.

Əldə etdiyimiz məlumata görə, qız Azərbaycan vətəndaşı, həyat yoldaşı isə özündən xeyli böyük Gürcüstan vətəndaşıdır.

Mövcud məlumata əsasən, əkizlər hamiləliyin təxminən 30-cu həftəsində dünyaya gəliblər. Vaxtından əvvəl doğulan körpələrin vəziyyəti ilk gündən ağır olub. Körpələrdən biri ötən gecə vəfat edib, digərinin vəziyyəti isə hazırda son dərəcə ağırdır.

13 yaşlı qızın klinikadan evə buraxıldığı və səhhətinin qənaətbəxş olduğu öyrənilib.

Hadisə barədə məlumat ötən gecə sosial şəbəkədə yayılıb. Daha sonra faktı Daxili İşlər Nazirliyi təsdiqləyib və bildirilib ki, istitnaq Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinin birinci hissəsi ilə aparılır.

Daha ətraflı video xəbəri təqdim edirik:

ŞƏRH YAZ
1