Gürcüstan-Türkiyə təhsil əməkdaşlığında YENİ MƏRHƏLƏ
02.10.2026 15:45
83
Mədəniyyət
A
Gürcüstan-Türkiyə təhsil əməkdaşlığında YENİ MƏRHƏLƏ

Gürcüstan hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə saziş imzalanıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Elm və Təhsil Nazirliyi məlumat verib.

Bildirilib ki, sənədi Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze və Türkiyənin Milli Təhsil naziri Yusuf Tekin imzalayıblar.

"Əməkdaşlıq çərçivəsində tərəflər təhsil sistemində yeni texnologiyaların tətbiqinə və bu istiqamətdə təcrübə mübadiləsinə dəstək göstərəcəklər. Təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinə, həmçinin tələbələr, akademik heyət və tədqiqatçılar üçün mübadilə proqramlarının həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.

Sənəddə, həmçinin təhsilin keyfiyyətinin təmin edilməsi mexanizmləri barədə məlumat mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, təhsil müəssisələrində gürcü və türk dillərinin öyrənilməsinin təşviqi nəzərdə tutulur. Saziş iki ölkə arasında təhsil və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə, şagirdlər və təhsil sahəsinin nümayəndələri üçün yeni imkanların yaradılmasına xidmət edəcək.

Əməkdaşlıq çərçivəsində birgə işçi qrup yaradılacaq. Qrupa Gürcüstan və Türkiyənin təhsil nazirləri və ya onların səlahiyyət verdiyi yüksək vəzifəli şəxslər həmsədrlik edəcəklər. İşçi qrup sazişdə nəzərdə tutulan təşəbbüslərin həyata keçirilməsi prosesini əlaqələndirəcək və əldə olunan nəticələrin qiymətləndirilməsi ilə məşğul olacaq" , - qeyd olunub.

ŞƏRH YAZ
1