Gürcüstanda illik inflyasiya açıqlandı
02.10.2026 12:45
100
İqtisadiyyat
A
Gürcüstanda illik inflyasiya açıqlandı

Gürcüstanda 2026-cı ilin sentyabrında illik inflyasiya 5,6 faiz təşkil edib, aylıq inflyasiya isə 0,4 faiz olub.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.

Məlumata görə, qiymət artımına ən böyük təsir nəqliyyat və yanacaq qiymətlərinin yüksəlməsi göstərib. Belə ki, benzinin qiyməti illik 30 faiz, dizelin qiyməti isə 54 faiz artıb. Nəqliyyat qiymətləri ümumilikdə 18,7 faiz yüksəlib.

"Ərzaq və alkoqolsuz içkilərin qiymətləri 3,4 faiz artıb. Balıq 18,1 faiz, ət və ət məhsulları 9 faiz, çörək və çörək məhsulları 6,9 faiz bahalaşıb. Eyni zamanda, meyvə və üzümün qiyməti 4,3 faiz, şəkər və digər şirniyyatların qiyməti 0,7 faiz azalıb.

Mənzil, su, elektrik və qaz qiymətləri 9,2 faiz, səhiyyə xidmətləri 8 faiz, otel, kafe və restoranların qiymətləri 7,3 faiz artıb.

Təhsil sahəsində isə qiymətlər 12,5 faiz azalıb. Ali təhsil üzrə qiymətlərdə 32,9 faizlik azalma qeydə alınıb.

Spirtli içkilər və tütün məhsullarının qiymətləri isə 6,2 faiz azalıb",  - məlumatda deyilir.

ŞƏRH YAZ
1