Ərdoğan növbəti prezident seçkisində namizəd olacaqmı? | RƏSMİ AÇIQLAMA
Bugün
51
Dünya
A
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaqmı? | RƏSMİ AÇIQLAMA

"Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkisində sonuncu dəfə namizədliyini irəli sürəcək". 

Aktual.ge Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Türkiyə liderinin baş müşaviri Mehmet Uçum deyib.

Onun sözlərinə görə, Türkiyədə prezident seçkisinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi böyük ölçüdə dəqiqləşib.

"Seçkinin 2028-ci il aprelin 16-da keçirilməsini gözləyirəm. Bu tarix prezident idarəetmə sisteminə keçidimizlə bağlı referendumun tarixidir. Buna görə də rəmzi mənası var. Rəcəb Tayyib Ərdoğan isə sonuncu dəfə namizəd olacaq", - deyə Uçum bildirib.

ŞƏRH YAZ
0