Məhkəmə Rəfi Orucov barəsində həbs qətimkan tədbiri seçib
19.11.2026 11:03
378
Siyasət
A
Məhkəmə Rəfi Orucov barəsində həbs qətimkan tədbiri seçib

Həyat yoldaşının sifarişli qətlini təşkil etməkdə ittiham olunan Qardabani Bələdiyyə Məclisi sədrinin keçmiş müavini, "Milli Hərəkat" üzvü Rəfi Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Aktual.ge xəbər verir ki, bu qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Mzia Qaruşvili qəbul edib.

Dünən (19 noyabr) baş tutan məhkəmə iclasında saxlanılan şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Prokurorluq onun barəsində həbs qətimkan tədbirinin tətbiqini, müdafiə tərəfi isə 50 min lari girov müqabilində sərbəst buraxılmasını tələb edib.

Məlumat üçün bildirək ki, Rəfi Orucova Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə ailə üzvünün sifarişlə qəsdən öldürülməsinə hazırlığı nəzərdə tutur və 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını ehtiva edir.

ŞƏRH YAZ
2