Ponıçalada qaz partlayışı: Yaşayış binasının bir hissəsi çöküb, dağıntılar altında 7 nəfərin qaldığı ehtimal olunur
19.11.2026 12:24
170
Siyasət
A
Ponıçalada qaz partlayışı: Yaşayış binasının bir hissəsi çöküb, dağıntılar altında 7 nəfərin qaldığı ehtimal olunur

Tbilisinin Poniçala qəsəbəsində qaz partlayışı nəticəsində yaşayış binasının bir hissəsi çöküb.

Aktual.ge xəbər verir ki, hazırda xilasedicilər dağıntıların təmizlənməsi və mümkün zərərçəkənlərin axtarışı ilə məşğuldurlar.

Bir müddət əvvəl binanın uçma təhlükəsi yarandığı üçün xilasetmə işləri müvəqqəti dayandırılıb.

Yerli sakinlərin məlumatına görə, dağıntılar altında, ehtimal ki, 7 nəfər, o cümlədən azyaşlı uşaqlar qalıb. Onların sözlərinə görə, bina əvvəldən qəzalı vəziyyətdə olub.

Hadisə şahidlərindən biri 57 yaşlı tanışının, digəri isə xalasının dağıntılar altında qaldığını bildirib. Başqa bir sakin isə iki azyaşlı uşağın da dağıntılar altında olduğunu deyib.

Son rəsmi məlumata görə, xəstəxanaya dörd nəfər, o cümlədən bir azyaşlı uşaq yerləşdirilib.

ŞƏRH YAZ
1