Poniçalada dağıntılar altından daha bir meyit çıxarıldı
Bugün
74
Hadisə
A
Poniçalada dağıntılar altından daha bir meyit çıxarıldı

Təbii qazın ehtimal olunan sızması və toplanması nəticəsində yaşayış binasında partlayışın baş verdiyi Poniçalada xilasedicilər dağıntılar altından altıncı şəxsin də meyitini çıxarıblar.

Aktual.ge xəbər verir ki, bununla bağlı Daxili işlər naziri Sulxan Tamazaşvili məlumat verib.

Onun açıqlamasına görə, xilasetmə əməliyyatları faktiki olaraq başa çatıb.

“Dağıntılar altından 6 nəfərin meyitini çıxardıq. Onların arasında azyaşlı uşaq da var”, – deyə naziri bildirib.

ŞƏRH YAZ
1