Tbilisidə 4 ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
19.11.2026 23:22
400
Maraqlı
A
Tbilisidə 4 ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Tbilisidə Yeni il işıqlandırmalarının və dekorativ konstruksiyaların quraşdırılması davam edir. Bu işlərlə əlaqədar olaraq, noyabrın 20-də saat 00:00-dan 06:00-dək paytaxtın bir neçə ərazisində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi Meriyasının yaydığı məlumatda bildirilib.

Məlumata görə, məhdudiyyət İlya Çavçavadze prospektinin və İrakli Abaşidze küçəsinin bir hərəkət zolağına, Merab Kostava küçəsinə, eləcə də Varketilidə Suxişvili küçəsinin dairəvi yolayrıcının yaxınlığındakı bir hərəkət zolağına şamil olunacaq.

“İşlər aparılan müddətdə ərazi müvafiq yol və xəbərdarlıq nişanları ilə təchiz ediləcək, təhlükəsizliyin təmin olunması və hərəkətin tənzimlənməsi isə patrul polisi ekipajları tərəfindən həyata keçiriləcək.

İşləri 'Tbilservis Qrupu' MMC-nin Xarici İşıqlandırmanın İstismarı Departamenti həyata keçirir.

Tbilisi meriyası yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir!”, – deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
8