XİN rəhbəri İlham Əliyev ilə görüşüb
Bugün
32
Siyasət
A
XİN rəhbəri İlham Əliyev ilə görüşüb

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti İlham Əliyevlə görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə XİN rəhbəri sosial şəbəkədə məlumat paylaşıb.

“Azərbaycana rəsmi səfərimə Prezident İlham Əliyevlə görüşlə başladım. Görüş zamanı Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, regionda baş verən proseslər, sülh və sabitliyin əhəmiyyəti barədə maraqlı və məzmunlu müzakirələr apardıq.

Həmçinin birgə iqtisadi və enerji layihələrini, eləcə də Orta Dəhlizin inkişafı üçün yeni imkanları müzakirə etdik.

Ölkələrimizi çoxsaylı ortaq maraqlar birləşdirir. Bu güclü tərəfdaşlığı və dostluğu daha da inkişaf etdirmək vacibdir”, – deyə Maka Boçorişvili qeyd edib.

ŞƏRH YAZ
1