Havada həyəcanlı anlar: Kutaisi-Berlin təyyarəsi təcili Tbilisiyə eniş edib
Bugün
410
Siyasət
A
Havada həyəcanlı anlar: Kutaisi-Berlin təyyarəsi təcili Tbilisiyə eniş edib

Kutaisi-Berlin reysi ilə hərəkət edən təyyarə uçuşdan təxminən bir saat sonra Tbilisi Hava Limanına eniş edib.

Aktual.ge xəbər verir ki, buna sərnişinlərdən birinin səhhətində yaranan problem səbəb olub.

“Wizz Air” şirkətinin WZZ959 saylı reysi saat 06:30-da Kutaisidən havaya qalxıb. Sərnişinlərdən birinin vəziyyəti pisləşdiyi üçün təyyarə Kutaisiyə qayıtmağa cəhd etsə də, güclü külək səbəbindən təhlükəsiz eniş mümkün olmayıb. Nəticədə təyyarə saat 08:05-də Tbilisi Hava Limanına enib.

“Wizz Air”dən “Azadlıq Radiosu”na bildirilib ki, reysin sərnişinləri Tbilisidən Kutaisiyə aparılacaq və otellərdə yerləşdiriləcəklər. Berlinə uçuşun noyabrın 25-də həyata keçirilməsi planlaşdırılır.

Şirkət həmçinin dəyişikliklərdən təsirlənən sərnişinlərə yenilənmiş uçuş cədvəli barədə məlumat veriləcəyini açıqlayıb.

ŞƏRH YAZ
0