Noyabrın 25-i Avropa Parlamentində "Paata Burçuladzenin işi və Gürcü Arzusu rejimi şəraitində siyasi məhbuslar” adlı qətnamə layihəsi üzrə debatlar keçiriləcək.
Aktual.ge xəbər verir ki, Avropa Parlamentinin rəsmi saytında yerləşdirilən məlumata əsasən, debatlar Strasburqda, yerli vaxtla saat 18:30-dan sonra keçirilməlidir.
Bundan əlavə, Avropa Parlamentində sözügedən qətnamə layihəsi üzrə səsvermə də nəzərdə tutulub.
“Paata Burçuladzenin işi və Gürcü Arzusu rejimi şəraitində siyasi məhbuslar” adlı qətnamə layihəsi üzrə səsvermə 26 noyabrda keçiriləcək.
Qeyd edək ki, Avropa Parlamentində Gürcüstanla bağlı sonuncu müzakirələr ötən ay baş tutub. Nəticədə Gürcüstanla bağlı tənqidi qətnamə qəbul olunub. Hökumətin aparıcı simaları Avropa Parlamentində aparılan debatların və qəbul edilən sənədlərin ölkə cəmiyyəti üçün maraqlı olmadığını bəyan edib.