Kateqoriyalar
Marneulidə "Azərbaycan Evi"nin idman zalında qarışıq döyüş sənətləri (MMA) üzrə turnir keçirilib.
Aktual.ge xəbər verir ki, yarışda 24 idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıb.
Turnir Gürcüstan Döyüş Liqasının (GCL) təşəbbüsü və təşkilatçılığı, Marneuli Meriyasının və Azərbaycan Evinin dəstəyi ilə baş tutub.
Marneulili idmançı Sənan Xəlilov 70 kiloqram çəki dərəcəsində rəqibinə qalib gələrək turnirin çempionu adını qazanıb.