Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bugün
109
Hadisə
A
Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Qudauri (Poçt) – Kobi yolunun müvafiq hissəsində avtomobillərin hərəkəti qadağan edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, hərəkətin qadağan edilməsinə səbəb qar uçqunu təhlükəsinin yüksək səviyyədə olmasıdır.

“Ətraf Mühit üzrə Milli Agentliyin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun 93-cü km-dən 107-ci km-dək olan Gudauri (Poçt) – Kobi hissəsində qar uçqunu təhlükəsinin səviyyəsi yüksəkdir. Bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Avtomobil yolunun digər hissələrində nəqliyyatın hərəkəti sərbəstdir”, – deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
0