Poniçalada partlayışın baş verdiyi mənzilin sahibi olan İsəyev klinikada vəfat edib
Bugün
261
Hadisə
A
Poniçalada partlayışın baş verdiyi mənzilin sahibi olan İsəyev klinikada vəfat edib

Poniçala qəsəbəsində partlayışın baş verdiyi mənzilin sahibi olan 31 yaşlı İlya İsəyev müalicə aldığı klinikada vəfat edib.

Aktual.ge xəbər verir ki, bu barədə Xetişvili adına Universitet Klinikasının Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadze məlumat verib.

Onun sözlərinə görə, gənc kişi bu gün səhər saatlarında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Poniçalada baş verən partlayış nəticəsində 2-si uşaq olmaqla, ümumilikdə 7 nəfər həyatını itirib. Yaşayış binasının mənzillərindən birində təbii qaz partlayıb.

ŞƏRH YAZ
3