Tbilisidə, müxtəlif məkanlarda aksiya iştirakçıları artıq toplaşmağa başlayıblar. Vətəndaşlar həm Tbilisi Dövlət Universitetinin və Avlabari metro stansiyasının yaxınlığına, həm də Orbeliani meydanına üz tuturlar.
Aktual.ge xəbər verir ki, vətəndaşlar, siyasətçilər və vətəndaş cəmiyyəti fəalları etiraz yürüşü keçirərək Azadlıq meydanına doğru hərəkət edəcəklər. Onlar əraziyə Gürcüstan və Avropa İttifaqının bayraqlarını gətiriblər.
Akaiya təşkilatçılarının sözlərinə görə, bugünkü aksiya Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırılması barədə bəyanatından sonra başlayan fasiləsiz etiraz aksiyalarının iki illiyinə həsr olunub.
Xatırladaq ki, 2024-cü il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini dayandırdığını bəyan etmişdi. Bu bəyanat ölkədə etirazlara və hər gün keçirilən aksiyalara səbəb olmuşdu.
Etiraz aksiyaları çərçivəsində onlarla insan saxlanılıb və barələrində cinayət işi açılıb. Etiraz iştirakçıları iki ildir ki, növbədənkənar parlament seçkilərinin təyin olunmasını və həbs edilən şəxslərin azadlığa buraxılmasını tələb edirlər.