Səfir Faiq Quliyev Marneulidə olub
27.11.2026 23:55
29
Siyasət
A
Səfir Faiq Quliyev Marneulidə olub

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneuli bələdiyyəsinin meri Daur İsmayılovla görüşüb.

Aktual.ge xəbər verir ki, görüşdə qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı gələcək planlar və Marneuli bələdiyyəsində birgə həyata keçiriləcək layihələr müzakirə olunub.

Tərəflər həmçinin Azərbaycan və Gürcüstan arasında uzun illərə əsaslanan strateji tərəfdaşlıq, eləcə də mövcud yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr ətrafında fikir mübadiləsi aparıblar.

ŞƏRH YAZ
1