Öncə evi yandırıb, sonra atasını amansızca qətlə yetirib
Bugün
33
Kriminal
A
Öncə evi yandırıb, sonra atasını amansızca qətlə yetirib

Terjola bələdiyyəsinin Sıxtarva kəndində qətl hadisəsi baş verib. 

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.

Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxs əvvəlcə yaşadığı evdə yanğın törədib, daha sonra isə soyuq silahdan istifadə edərək öz atasına xəsarət yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində həyatını itirib.

DİN-in məlumatına əsasən, cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisədən dərhal sonra saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları ailə üzvünü ağırlaşdırıcı hallarda qəsdən öldürməkdə ittiham olunan bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Terjola bələdiyyəsində məişət zəminində yaranmış mübahisə zamanı əvvəlcə yaşadığı evdə yanğın törədib, daha sonra isə soyuq silahdan istifadə edərək atasına xəsarət yetirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində həyatını itirib. Yaşayış evində baş verən yanğın isə hadisə yerinə çağırılan Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən vaxtında söndürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi isti izlərlə, Terjola bələdiyyəsində saxlayıblar. Cinayətin törədilməsində istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0