SON DƏQİQƏ! Marneulidə saxlanılan 11 nəfər barəsində MƏHKƏMƏ QƏRAR VERDİ
23.04.2026 20:45
2077
Kriminal
A
SON DƏQİQƏ! Marneulidə saxlanılan 11 nəfər barəsində MƏHKƏMƏ QƏRAR VERDİ

Marneulidə xüsusi təyinatlıların yalan ifadə vermə, qrup şəklində xuliqanlıq və ictimai asayişi pozma ittihamı ilə saxladığı 11 nəfərdən 7-si şərti cəza ilə azadlığa buraxılıb, digər 4 nəfər barəsində isə 6 ay müddətinə həbs cəzası verilib.

Aktual.ge xəbər verir ki, bu qərarı Marneuli Magistrat Məhkəməsinin hakimi Qvança Çikovani qəbul edib.

Təxminən 1 saat davam edən məhkəmə prosesində 7 nəfər məhkəmə zalında, yerindəcə, şərti cəza ilə sərbəst buraxılıb, digər 4 nəfər barəsində isə prosessual qaydada 6 ay müddətinə həbs cəzası verilib.

ŞƏRH YAZ
8