Kür çayına düşən avtomobil hadisəsi ilə bağlı bir nəfər saxlanılıb
Bugün
127
Siyasət
A
Kür çayına düşən avtomobil hadisəsi ilə bağlı bir nəfər saxlanılıb

Tbilisidə avtomobilin Kür çayına düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Patrul Polis Departamentinin əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində Tbilisidə, Kür çayının sol sahilində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olan sürücünü saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 2 iyun tarixində idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəza şəraiti yaradıb və yolda hərəkət edən digər avtomobillərlə toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü nəqliyyat vasitəsini idarə edə bilməyib və avtomobillə birlikdə Kür çayına düşüb.

Hazırda həmin sürücünün axtarış-xilasetmə işləri fasiləsiz şəkildə davam etdirilir. Əməliyyata yanğınsöndürən-xilasedicilərlə yanaşı, dalğıclar qrupu və bütün müvafiq xüsusi xilasetmə texnikaları cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır.

ŞƏRH YAZ
0