Gürcüstandan 84 əcnəbi deportasiya olunub.
Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Miqrasiya Departamentinin əməkdaşları tərəfindən son günlər həyata keçirilən tədbirlər nəticəsində 84 əcnəbi ölkədən çıxarılıb.
Məlumata görə, Miqrasiya Departamenti nazirliyin digər müvafiq qurumları ilə birgə keçirdiyi kompleks tədbirlər çərçivəsində Türkiyə, Hindistan, Türkmənistan, Rusiya, Ermənistan, Nigeriya, Uqanda, Özbəkistan, Misir, Pakistan, Çin, Azərbaycan, Əlcəzair, Banqladeş, İraq, Keniya, Sudan, Tayland və digər ölkələrin vətəndaşları olan ümumilikdə 84 nəfəri Gürcüstan ərazisindən deportasiya edib.
Nazirlik bildirib ki, deportasiya edilən şəxslər Gürcüstanda qalma qaydalarını pozduqlarına görə ölkədən çıxarılıblar. Deportasiya olunmuş şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən girişinə də qadağa tətbiq olunub.