“Novella II” filmi Gürcüstanda uğur qazanan gənc azərbaycanlıların həyat hekayələrini ekranlaşdırır
Bugün
29
Mədəniyyət
A
“Novella II” filmi Gürcüstanda uğur qazanan gənc azərbaycanlıların həyat hekayələrini ekranlaşdırır

“Aktual Media” Gürcüstanda yaşayan və böyük uğurlar qazanmış azərbaycanlılar haqqında “Novella II” bədii-sənədli filminin çəkilişlərini davam etdirir.

Tbilisi, Marneuli, Qardabani və Telavi şəhərlərində lentə alınan filmin əsas məqsədi müxtəlif sahələrdə uğur qazanmış soydaşlarımızın həyat hekayələrini və əldə etdikləri nailiyyətləri ilhamverici formada təqdim etmək, gənc nəslin təhsilə marağını artırmaq, həmçinin uğurlu azərbaycanlıları Gürcü cəmiyyətinə daha yaxından tanıtmaqdır.

Bədii-sənədli film həm gürcü, həm də Azərbaycan dillərində lentə alınır. Eyni zamanda, ekran əsəri Gürcüstanın yerli telekanallarında da nümayiş olunacaq.

Təxminən 40 dəqiqə olacaq “Novella II” filminin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov bildirib ki, Gürcüstan azərbaycanlıları üçün dəyərli və yaddaqalan bir ekran əsəri təqdim olunacaq.

Qeyd edək ki, “Aktual Media” tərəfindən Gürcüstan azərbaycanlılarına həsr olunan ilk bədii-sənədli film - “Novella I” 2025-ci il fevralın 28-də təqdim olunub.

ŞƏRH YAZ
0