İyunun 8-ə qədər gözlənilən hava şəraiti açıqlandı
Bugün
367
Maraqlı
A
İyunun 8-ə qədər gözlənilən hava şəraiti açıqlandı

6-8 iyun tarixlərində yüksək temperatur fonunda Gürcüstanın ayrı-ayrı rayonlarında qısamüddətli yağış və şimşək çaxması gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayıb.

Agentliyin məlumatına görə, Tbilisidə axşam və gecə saatlarında şimşək çaxması ilə müşayiət olunan qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Sahil bölgəsi:
Batumi, Kobuleti, Anaklia, Poti: İsti və əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə olacaq.

Kartli bölgəsi:

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali: Bəzi yerlərdə qısamüddətli yağış və şimşək çaxması gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə olacaq.

Kaxeti bölgəsi:

Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro: Bəzi yerlərdə qısamüddətli yağış və şimşək çaxması gözlənilir, dolu düşməsi ehtimalı var. Havanın temperaturu gündüz +27, +29 dərəcə olacaq.

ŞƏRH YAZ
0