DTX-nin rəisi Azərbaycana səfər edib
Bugün
64
Dünya
A
DTX-nin rəisi Azərbaycana səfər edib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qela Qeladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycana rəsmi səfər edib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Qela Qeladze Azərbaycan DTX rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb.

Görüşdə tərəflər Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətlərini, Cənubi Qafqaz regionunda cərəyan edən son hadisələri və beynəlxalq təhlükəsizliyə yönələn müasir çağırışları müzakirə ediblər.

Artan qlobal təhdidlərin qarşısının alınması prosesində hər iki ölkənin təhlükəsizlik orqanları arasında sıx əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı, həmçinin 2026-cı ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan və regional, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayan illik təhlükəsizlik forumuna toxunulub.

Görüşün sonunda Qela Qeladze azərbaycanlı həmkarına səmimi qonaqpərvərliyə görə təşəkkür edib və onu Gürcüstana dəvət edib.

ŞƏRH YAZ
1