Bu Avropa ölkəsi Gürcüstan vətəndaşlarına artıq iş vizası verməyəcək
Bugün
748
Dünya
A
Bu Avropa ölkəsi Gürcüstan vətəndaşlarına artıq iş vizası verməyəcək

Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırır.

Aktual.ge xəbər verir ki, bu barədə "Reuters" agentliyi Macarıstan hökumətinin mətbuat katibi Vanda Şöndiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu addım xarici işçi qüvvəsinin ölkəyə axınının tənzimlənməsi istiqamətində atılan ilk addımdır.

Mətbuat katibinin bildirdiyinə görə, hökumət bu gündən etibarən şirkətlərə Filippin, Gürcüstan və Ermənistandan işçiləri sadələşdirilmiş qaydada işə qəbul etmək imkanı verən qərara dəyişiklik edəcək. Hazırda ölkədə olan işçilər isə qalma müddətlərinin uzadılması üçün müraciət edə biləcəklər.

Hökumət bu islahatları planlaşdırılan uzunmüddətli həll yoluna doğru atılan ilk addım kimi qiymətləndirir.

Bundan əvvəl Baş nazir Peter Madyarın partiyası “Tisza” bəyan etmişdi ki, iyun ayından etibarən Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları üçün iş vizalarının verilməsi dayandırılacaq.

ŞƏRH YAZ
3