Kateqoriyalar
Senaki şəhərində ağır cinayət hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, hadisə Zuqdidi küçəsində qeydə alınıb. Məlumata görə, 65 yaşlarında kişi oğlu tərəfindən bıçaqlanıb və boyun nahiyəsindən soyuq silahla xəsarət alıb.
Hadisənin motivi və digər təfərrüatlar hələlik məlum deyil.Yaralı kişi dərhal xəstəxanaya çatdırılıb. Yerli sakinlərin bildirdiyinə görə, onun vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faktla bağlı Cinayət Məcəlləsinin “ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürməyə cəhd” maddəsi ilə istintaq başlanılıb.