Zaza Şatirişvili:
12.06.2026 11:02
89
Siyasət
A
Zaza Şatirişvili: "Co Uilson komik fiqurdur, lakin onun çıxışları ilə 'Milli Hərəkat'ın mesajları demək olar ki, eynidir"

Filosof Zaza Şatirişvili hesab edir ki, ABŞ Konqresinin üzvü Co Uilsonun çıxışları ilə müxalifət alyansının, daha dəqiq desək, "Vahid Milli Hərəkat" liderlərinin bəyanatları arasında demək olar ki, tam uyğunluq var və bu, təsadüfi deyil.

Aktual.ge xəbər verir ki, Şatirişvili bu barədə sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, Co Uilson "komik fiqur" olsa da, ABŞ Konqresində səsləndirdiyi fikirlərin məzmunu və alt mətni müxalifət liderlərinin brifinqlərində səslənən mesajlarla üst-üstə düşür.

"Co Uilsonun komik fiqur olduğunu təkcə Gürcüstan deyil, ABŞ ictimaiyyəti də yaxşı anlayır. Lakin burada gülməli olan heç nə yoxdur. Çünki Co Uilsonun Konqresdəki çıxışı ilə müxalifət alyansının, daha doğrusu, 'Vahid Milli Hərəkat'ın liderlərinin brifinqlərinin məzmunu və alt mətni demək olar ki, bir-birini təkrarlayır.

Qiqi, Qiqa və Zuradan öyrəndik ki, Co Uilsonun təqdim etdiyi 'Çinin Qafqaza nəzarətinə qarşı akt'ın məqsədi guya Gürcüstanın təhlükəsizliyini təmin etmək, onu Rusiyanın, İranın və əlbəttə ki, Çinin 'zərərli təsirlərindən' qorumaqdır.

Ola bilsin, sıravi Co Uilson Gürcüstanda İranın siyasi və ya iqtisadi təsirindən danışmağın nə qədər gülünc olduğunu bilmir. Bununla bağlı konkret faktlar və rəqəmlər də mövcuddur. Rusiya ilə münasibətlərə gəlincə, bəlkə də bu cür Uilsonlar Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən də xəbərsizdirlər. Lakin aydındır ki, İran və Rusiya əsas məsələnin – Gürcüstanla Çin arasında strateji tərəfdaşlığın, yüksək səviyyəli təmasların və Gürcüstanın bu əməkdaşlıqdan əldə etdiyi faydaların fonunda ikinci plana keçir.

Buna görə də Co, Qiqi, Qiqa və Zura fərqli sözlərlə eyni məzmunu ifadə edib eyni vurğuları edirlərsə, bu prosesin onların himayədarları tərəfindən koordinasiya olunduğu aydındır.

Həmçinin aydındır ki, Gürcüstan-Çin münasibətlərinə bu qədər diqqət ayrılmasının səbəbi ABŞ-la rəqabətdə Çinin güclənməsi deyil. Əsas məqsəd Gürcüstanın müstəqillik və iqtisadi rifah səviyyəsinin yüksəlməsinin qarşısını almaqdır. Çünki dağılmış ölkəni idarə etmək daha asandır", – deyə Şatirişvili yazıb.

Filosofun fikrincə, məhz bu, Gürcüstanın dövlətçiliyinə və suverenliyinə qarşı həm xaricdən, həm də daxildən həyata keçirilən koordinasiyalı hücumların əsl məqsədidir.

"Biz artıq belə hücumların çoxunu görmüşük və Gürcüstan öz suverenliyini qətiyyətlə qoruduğu müddətdə gələcəkdə də onları görəcəyik. Lakin bu kontekstdə ən maraqlı məqam bu prosesin haraya qədər gedəcəyidir. Çünki bu prosesin sonu indiyədək cavabsız qalan bir çox suallara da cavab verəcək", – deyə Zaza Şatirişvili bildirib.

ŞƏRH YAZ
1