Tbilisi Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd, qrup halında zorakılıq və xüsusilə ağır cinayəti gizlətmək ittihamları ilə 2 nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə yaranmış mübahisə zamanı gənc kişiyə qarşı fiziki zorakılıq tətbiq ediblər. Qarşıdurma zamanı şəxslərdən biri soyuq silahdan istifadə edərək zərərçəkənə xəsarət yetirib, daha sonra isə hadisə yerindən qaçıblar.
Keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə iştirak edən hər iki şəxsi hadisədən qısa müddət sonra saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci, 126-cı və 375-ci maddələri üzrə aparılır. Həmin maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.