Müxalif lider: Bidzina İvanişviliyə yalan danışırlar!
24.06.2026 23:57
503
Siyasət
A
Müxalif lider: Bidzina İvanişviliyə yalan danışırlar!

“Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava deyib ki, Bidzina İvanişviliyə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin “ot-çöp qiymətində” olduğu və onlardan heç bir konkret nəticə çıxmayacağı deyilməklə onu aldadırlar.

Aktual.ge xəbər verir ki, o, Strazburqda mediaya açıqlamasında belə deyib.

Müxalif liderin sözlərinə görə, qəbul edilən qətnamələr deklarativ xarakter daşısa da və öz-özlüyündə hüquqi və qanuni qüvvəyə malik olmasa da, bu sənədlər toplanır və mütləq hüquqi öhdəliklər yaradacaq.

Xatırladaq ki, Avropa Şurası Gürcüstanla bağlı tənqidi yeni qətnamə qəbul edib.

ŞƏRH YAZ
1