Vitse-spiker: “İnsanlara öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməyə imkan verin”
Bugün
213
Siyasət
A
Vitse-spiker: “İnsanlara öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməyə imkan verin”

Məhərrəm ayı ilə bağlı son günlər Marneulidə keçirilən matəm məclislərinin bir sıra mərkəzi medialarda İranla əlaqələndirilməsi və terorizm iddialarının səsləndirilməsinə Parlamentin vitse-spikeri Nino Tsilosani sərt reaksiya verib.

Aktual.ge xəbər verir ki, iyunun 23-də Parlamentdə jurnalistlərin suallarını cavablandıran vitse-spikerə matəm məclisləri ilə bağlı “DTX bu proseslərlə əlaqədar nə edir?” sualı ünvanlanıb. 

Nini Tsilosani suala cavabında deyib ki, siz dini zəmində qarşıdurma yaratmaq istəyirsiniz.

"Bu ölkədə heç bir xarici dövlətin təsirinə yer yoxdur. Son dövrdə ən zərərli təsirlər QHT sektoru ilə bağlı idi, onu da şəffaflıq qanunu müəyyən qədər tənzimlədi və aradan qaldırdı. Siz dini zəmində qarşıdurma yaratmaq istəyirsiniz, amma buna nail ola bilməyəcəksiniz. Buna görə də insanlara öz dini etiqadlarını normal şəkildə həyata keçirmək imkanı verin. Və Konspirasiya nəzəriyyələri ilə bağlı məsələlərdə Co Vilsonla (ABŞ Konqresinin üzvü - Red.) əlaqə saxlamayın. Sakit olun, terrorizmlə mübarizə məsələsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) çox yüksək ixtisaslı və peşəkar iş aparır” , - deyə Nino Tsilosani qeyd edib.

Mənbə: TvPirveli

ŞƏRH YAZ
0