Marneulinin Qızılhacılı kəndində Aşura mərasimi baş tutub - VİDEO
Bugün
96
Din
A
Marneulinin Qızılhacılı kəndində Aşura mərasimi baş tutub - VİDEO

Marneulinin Qızılhacılı kəndində izdihamlı Aşura mərasimi keçirilib.

Səhər saatlarından etibarən kənddəki İmam Həsən (ə) məscidinə toplaşan sakinlər, İslam Peyğəmbəri Məhəmmədin (s) əziz nəvəsi İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin əziz xatirəsini yad ediblər. İştirakçılar mərasim zamanı sinə vurub, göz yaşı töküblər.

Məscidin axundu Fuad İsayevin Qurani-Kərimdən ayələr tilavəti ilə başlayan mərasimdə axund Hacı Əli Əliyev çıxış edərək müsəlmanları birliyə və həmrəyliyə çağırıb, əxlaqi dəyərlərin cəmiyyətdəki rolundan bəhs edib.

Daha sonra din xadimi Hacı Qurban Murquzov Aşura gününün mahiyyəti və Kərbəla hadisələri barədə geniş məlumat verib. O eyni zamanda çıxışında cəmiyyətin ən ciddi problemlərindən olan narkotik maddələrin zərərləri və onun fəsadları haqqında danışıb.

İmam Hüseynin bayraqlarının dalğalandığı mərasimdə Kərbəla şəhidlərinin xatirəsinə həsr olunmuş mərsiyələr oxunub, sinəzən vurulub.

Aşura mərasimi ölkənin və dünyanın rifahı üçün edilən dualarla yekunlaşıb.

ŞƏRH YAZ
1