İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstan Respublikasına yola düşüb
Bugün
167
Siyasət
A
İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstan Respublikasına yola düşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstan Respublikasına yola düşüb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Hökumət Administrasiyası yayır.

Bildirilib ki, Qazaxıstanın Müstəqillik Sarayında Gürcüstanın Baş nazirinin rəsmi qarşılanma mərasimi keçiriləcək.

İrakli Kobaxidzeni Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.

Gürcüstanın Baş naziri və Qazaxıstan Respublikasının Prezidenti arasında təkbətək və geniş tərkibdə görüşlərin keçirilməsi planlaşdırılır, bundan sonra iki ölkənin müvafiq qurumları arasında müxtəlif sahələrdə əməkdaşlıq memorandumları imzalanacaq.

Rəsmi səfər çərçivəsində Gürcüstanın hökumət başçısının Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşü baş tutacaq. Görüşdə iki ölkənin nazirlər kabinetinin üzvləri iştirak edəcəklər.

İrakli Kobaxizenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

ŞƏRH YAZ
3