Kobaxidze və Tokayevin görüşü baş tutub | Tərəflər nələri müzakirə edib?
Bugün
115
Siyasət
A
Kobaxidze və Tokayevin görüşü baş tutub | Tərəflər nələri müzakirə edib?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Hökumət Administrasiyası yayıb. 

Həmin məlumata görə, təkbətək görüşdə liderlər müxtəlif sahələrdə əməkdaşlığın “müsbət dinamikasını müzakirə ediblər” və qeyd ediblər ki, strateji tərəfdaşlıq sazişinin imzalanması ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək.

“Gürcüstan-Qazaxıstan ticarət-iqtisadi münasibətlərinə xüsusi diqqət yetirilib. İkitərəfli ticarətin genişləndirilməsi, investisiya əlaqələrinin gücləndirilməsi və hər iki ölkənin bazarlarına müxtəlif məhsulların ixracının təşviqi istiqamətlərində mühüm potensial mövcuddur.

Tərəflər həmçinin nəqliyyat və loqistika sahələrindəki imkanları da müzakirə ediblər. Bağlılığın, eləcə də 'Orta Dəhliz'in artan strateji əhəmiyyəti və əlavə yüklərin cəlb edilməsi məqsədilə səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb”, - press-relizdə qeyd olunub.

Həmçinin, Gürcüstanın Baş naziri və Qazaxıstan Respublikası Prezidentinin təkbətək görüşündən sonra Qazaxıstan Prezidentinin Sarayında hər iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibli danışıqlar aparılıb.

Mətbuat xidmətinin məlumatına görə, görüşdə yüksək səviyyəli siyasi münasibətlərə, ticarət-iqtisadi və nəqliyyat-loqistika istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsinə, eləcə də turizm sahəsində əlaqələrin genişləndirilməsinə və ikitərəfli turist axınının artırılmasına xüsusi diqqət yetirilib.

Gürcüstan hökumətinin başçısı Qazaxıstan Respublikasının Prezidentinə səmimi ev sahibliyinə görə təşəkkür edib.

ŞƏRH YAZ
1