Gürcüstanın əhalisinin sayı 2024-cü ilin məlumatlarına əsasən 3 milyon 929 min 581 nəfər təşkil edib.
Aktual.ge xəbər verir ki, bu rəqəm 2014-cü illə müqayisədə 215 min 777 nəfər və ya 5,8 faiz çoxdur.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ölkə əhalisinin 62,5 faizi şəhərlərdə, 37,5 faizi isə kəndlərdə yaşayır.
Son 10 ildə şəhər əhalisinin sayı 332 min 821 nəfər artaraq 2 milyon 455 min nəfərə çatıb. Kənd əhalisi isə 117 min nəfər azalaraq 1 milyon 474 min nəfər olub.
Ən çox əhali itkisi isə əsasən dağlıq və kiçik yaşayış məntəqələrində qeydə alınıb. 2014-2024-cü illər arasında əhalisi ən çox azalan bələdiyyələr arasında Xulo, Şuaxevi, Tsageri və Tsxaltubo öndədir.
Hazırda Gürcüstanda 278 kənddə 10 və ya daha az sakin yaşayır. Bundan əlavə, ölkə üzrə 200 kənd tamamilə yaşayışsız hesab olunur.